BEYNƏLXALQ HÜQUQ VƏ İNTEQRASİYA PROBLEMLƏRİ

(elmi-analitik jurnal)

 

Təsisçi: Bakı Dövlət Universiteti

 

Jurnal 2005-ci ildən etibarən buraxılır. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (12.02.2005, №1202). 2018-ci ilədək jurnal ildə dördə dəfə, 2018-ci ildən isə ildə 3 dəfə dərc olunur.

 

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxildir.

 

2017-ci ilin birinci nömrəsi daxil olmaqla elmi məqalələr azərbaycan, rus, ingilis, o cümlədən Redaksiya heyətinin tövsiyə etdiyi digər dillərdə çap edilirdi. Jurnalın 2017-ci ilin ikinci nömrəsindən elmi məqalələr yalnız ingilis dilində cap edilir. Elmi məqalələr yalnız nüfuzlu təşkilat və alimlərin rəyləri nəzərə alınmaqla, Redaksiya heyətinin qərarı ilə çap edilir.

 

ISSN 2223-0874